Avropa İttifaqı (Aİ) Rusiyaya dəstək verdiyi üçün 7 iranlı fiziki və hüquqi şəxsi “qara siyahı”ya salıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.

Eyni zamanda İranın üç aviaşirkətinə - “Iran Air”, “Saha Airlines” və “Mahan Air”ə qarşı sanksiyalar tətbiq edilib.

13:19

Avropa İttifaqı (Aİ) Rusiyaya ballistik raketlər tədarük etdiyinə görə İrana qarşı yeni sanksiyalar tətbiq edir.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi yazıb.

Aİ-dəki mənbə bildirib ki, sanksiyalar bu silahların istehsalı və tədarükü ilə bilavasitə əlaqəsi olan şirkətlər, qurumlar və şəxslərə şamil ediləcək.