Beyləqan rayonunda xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1997-ci il təvəllüdlü Vəliyev Rahib Rafiq oğlu motosikletlə hərəkətdə olarkən arxadan gələn avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Hadisənin təfərrüatı araşdırılır.