Rusiya hərbi aviasiyasının Xarkov şəhərinə aviazərbələri nəticəsində azı 11 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə məlumatı “UNIAN”a şəhərin meri İqor Terexov verib yayıb.

O, dağıntılar altında iki nəfərin qaldığını da açıqlayıb.

Merin sözlərinə görə, hadisə nəticəsində şəhərdə genişmiqyaslı yanğın başlayıb.