Rusiya prezidenti Vladimir Putin oktyabrın 8-də Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüşlər keçirəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüşlər keçirəcək. O, oktyabrın 9-da Lukaşenko ilə görüşəcək, oktyabrın 11-də isə Türkmənistana işgüzar səfər edəcək.