HƏMAS hərəkatının hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 1-də Tel-Əvivin Yəffa bölgəsinin cənubunda baş verən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

APA xəbər verir ki, müvafiq bəyanat hərəkatın “Telegram” kanalında yerləşdirilib.

“İzzəddin Əl-Qəssam Briqadaları Yaffa əməliyyatının Hebron şəhərindən olan iki döyüşçümüz tərəfindən həyata keçirildiyini təsdiqləyir”, - deyə məlumatda bildirilir.

Hərəkat həmçinin yaxın bir neçə gün ərzində İsraildə yeni hücumların baş verəcəyini də istisna etməyib.