UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turuna keçirilən 2 oyunla start verilib.
"Sizinxeber.az" xəbər verir ki, qarşılaşmalardan biri Türkiyənin İstanbul şəhərində "Başakşəhər" və "Rapid" (Avstriya) komandaları arasında baş tutub.
Digər görüş isə Portquliyada reallaşıb. "Vitoriya" doğma meydanda Sloveniya təmsilçisi "Sele"ni qəbul edib.
UEFA Konfrans Liqası
Liqa mərhələsi
I tur
2 oktyabr
18:30. "Başakşəhər" (Türkiyə) - "Rapid" (Avstriya) 1:2
18:30. "Vitoriya" (Portuqaliya) - "Sele" (Sloveniya) 3:1
Qeyd edək ki, Liqa mərhələsində I turun qalan 16 matçı sabah keçiriləcək.