İsrail ordusu Livanın cənubunda quru əməliyyatının ilk günlərində itkilər verir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, döyüşlərdə 7 hərbçi ölüb.

Mətbuat xidmətinin məlumatında ölənlərin adları sadalanır və onların hamısının Livanın cənubunda gedən döyüşlərdə öldükləri vurğulanır.