“İranla münasibətlərin inkişafı Ermənistan hökumətinin prioritetlərindən biridir”.

Sizinxeber.az-nın “Sputnik Armenia”ya istinadən xəbərinə görə, bunu İrəvanda səfərdə olan İranın Birinci vitse-prezidenti Məhəmməd Reza Aref ilə görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

İranın vitse-prezidenti isə bildirib ki, “ölkəsi Ermənistanın ərazi bütövlüyünü dəstəkləyir və regionda sərhədlərin dəyişdirilməsini qəbuledilməz sayır”.