Belarus prezidenti Aleksandr Lukaşenko Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossini qəbul edib.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, Lukaşenko AEBA rəhbəri ilə görüşdə nüvə təhlükəsizliyi məsələsini müzakirə edib.

Bildirib ki, Belarus regional nüvə təhlükəsizliyini təmin edəcək və “hər cür avantüralara” uymayacaq.