Rusiya Federasiyası fələstinlilərin ABŞ silahları ilə öldürülməsinə dərhal son qoymağa çağırır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O, İsrailin mobil cihazların partladılması ilə Livana hücumunu qeyri-insani adlandırıb və bunun araşdırılmasına çağırıb.
Lavrov bildirib ki, ABŞ İsrailin Livanda mobil cihazların partlaması hücumuna hazırlığından xəbərdar olub.