Gəncədə evdə maye qaz balonu partlayıb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 1958-ci il təvəllüdlü Y.Vəliyev yuxarı ətrafının yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstəyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.