Biləsuvarda Cəbrayıldan olan məcburi köçkünlərə məxsus əkin sahələrində yay şumu aparılır.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, indiyə qədər 474 hektar sahədə yay şumu aparılıb.

Ümumilikdə isə Cəbrayıl rayonu üzrə 3 617 hektar sahədə yay şum aparılıb. Qaldırılan şumun 3 143 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir. Gün ərzində sahələrə 60-dan çox traktor cəlb edilir.

Qeyd edək ki, cari ilin payızında 16 300 hektar sahədə səpin aparılması proqnozlaşdırılıb. Aparılacaq səpinin 14 600 hektarının rayonun işğaldan azad edilmiş ərazilərində, 1 700 hektarının isə rayon sakinlərinin sıx məskunlaşdığı Cəbrayıl qəsəbələrində həyata keçirilməsi nəzərdə tutulub.

Şumlama işləri davam etdirilir.