Azərbaycanda “Revival P” və “Revival T” uzaqdan idarə olunan minatəmizləmə maşınlarının istehsalı artıb.

Sizinxeber.az xəbər verir ki, minatəmizləmə maşınları Bakıda keçirilən “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.

“Revival P” piyada əleyhinə minaların təmizlənməsi üçün nəzərdə tutulsa da, tank əleyhinə minaların təmizlənməsi gücünə qadirdi.

Qeyd edilib ki, ay ərzində ölkədə 10-dan çox minatəmizləyən maşın istehsal olunur.

Sözügedən texnika hazırda Qarabağ və Ukraynada minatəmizləmə prosesində istifadə olunur. Yaxın zamanda ərəb ölkələri və Pakistana ixrac olunacaq.