Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq.
“Report” xəbər verir ki, günün ilk matçı "ASCO Arena"da keçiriləcək.
"Səbail"in "Sabah"ı qəbul edəcəyi görüş saat 18:00-da başlayacaq.
Turun son qarşılaşması isə "Sumqayıt"la "Zirə" arasında reallaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşəcək oyunun start fiti saat 20:30-da səslənəcək.
Qeyd edək ki, VII turun əvvəlki matçlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, "Araz-Naxçıvan" isə 'Turan Tovuz"u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.