Bakının Sabunçu rayonunda avtomobil 3 yaşlı körpəni vurub.
Sizinxeber.az xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, Şuşa şəhərciyi ərazisində 2021-ci il təvəllüdlü Əlizadə Kamil Zaur oğlu yol kənarında olarkən onu minik avtomobili vurub.
Körpə aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.