İtaliyanın "Roma" klubunu xorvatiyalı mütəxəssis İvan Yuriç çalışdıra bilər.

"Sizinxeber.az" "Sky Sport"a istinadən xəbər verir ki, razılıq əldə olunsa, onunla "1+1" illik müqavilə bağlanacaq.

49 yaşlı mütəxəssis bu postda Daniele De Rossini əvəz edəcək.

Qeyd edək ki, ötən mövsüm "Torino"dan ayrılan İ.Yuriç “Verona”, “Cenoa”, “Krotone” və digər komandalarda da fəaliyyət göstərib.