Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni əməliyyat keçirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində Asos bölgəsində 4, Pənçə- Kilit bölgəsində 2 PKK terrorçusu öldürülüb.

Nazirlikdən vurğulanıb ki, terrorçulara qarşı mübarizə davam edir.