Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisiyə gedəcək.

APA xəbər verir ki, bu barədə Sputnik Gürcüstan məlumat yayıb.

Paşinyan sentyabrın 16-da Tbilisiyə gələcək, onun Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüşü gözlənilir. Bundan sonra mediaya açıqlamalar planlaşdırılır.