UEFA Millətlər Liqasında Slovakiya - Azərbaycan matçına hesab açılıb.

"Sizinxeber.az"un məlumatına görə, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0.

22-ci dəqiqədə Ondrey Duda penalti zərbəsini dəqiq yerinə yetirib.

20:00

UEFA Millətlər Liqasında Slovakiya - Azərbaycan matçına start verilib.

"Sizinxeber.az"un məlumatına görə, C Liqasının I qrupunun görüşü “Koşitse Futbol Arenası”nda keçirilir.

Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edir.