UEFA Millətlər Liqasında keçirilən Azərbaycan - İsveç matçında ilk hissə başa çatıb.

"Sizinxeber.az"un məlumatına görə, C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə komandalar fasiləyə qolsuz yollanıb.

Qeyd edək ki, 45+7-ci dəqiqədə Azərbaycan millisinin heyətində Ramil Şeydayev penalti zərbəsindən yararlana bilməyib.

20:00

UEFA Millətlər Liqasında Azərbaycan - İsveç matçına start verilib.

"Sizinxeber.az"un məlumatına görə, görüş C Liqasının I qrupu çərçivəsində, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edir.

Foto: Məhəmməd Ağayev