“Laçın” ticarət mərkəzində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Sizinxeber.az xəbər verir ki, avqustun 5-i saat 12 radələrində Qara Qarayev prospekti 105-də yerləşən ticarət mərkəzində lift ustası 1962-ci il təvəllüdlü Namiq Balaməmməd oğlu Məmmədov lifti təmir edərkən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş N.Məmmədov saat 17 radələrində orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

***

Məsələ ilə bağlı “Laçın” Ticarət Mərkəzinin administrasiyası ilə əlaqə saxlanılıb. Mərkəzdən bildirilib ki, ölüm hadisəsi ticarət mərkəzinin ərazisində baş verməyib, yaralı dərhal xəstəxanaya təxliyə olunub və orada vəfat edib.

Hazırda faktla bağlı hüquq-mühafizə organları tərəfindən araşdırma aparılır.