Böyük Britaniyalı siyasi fəal və analitik Nikolas Lisak İranın Ali Lideri Müctəba Xamenei ilə bağlı fikir irəli sürüb və onun öldüyünü iddia edib.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə o, öz "X" hesabında paylaşım edib.

Lisak bildirib ki, Xameneinin səhhətinin ağır olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və o, martın ortalarından etibarən həlak olub.

Britaniyalı analitikdən iddia: Müctəba Xamenei ölüb - FOTO

"Müctəba Xamenei ağır vəziyyətdə deyil. O, martın ortalarından etibarən ölüdür.

Bütün bu tamaşa, sadəcə, SEPAH-ın onun ölümünü təsdiqləmək və lider yerinə daha radikal bir mühafizəkarı gətirmək məqsədi daşıyan həyasız planıdır.

Sözümü unutmayın: rejim süqut edəcək. İran azad olacaq!" - deyə o, paylaşımda yazıb.