İmişlidə traktorun aşması nəticəsində sürücü ölüb

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Oruclu kəndində baş verib.

Oruclu kənd sakini, 1970-ci il təvəllüdlü Əmirov Fərahim Əmir oğlu idarə etdiyi traktoru aşırıb.

Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.