İmişlidə idman müəllimi intihar edib.


Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişlinin Xoşçobanlı kənd sakini, 1968-ci il təvəllüdlü Aslanov Rüstəm Əziz oğlu özünü internet xəttinin dirəyindən asaraq intihar edib.


Qeyd edək ki, R.Aslanov kənd məktəbində idman müəllimi kimi çalışırmış.


Faktla bağlı İmişli prokurorluğunda araşdırma aparılır.