Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə sistemləri ölkə ərazisinə yönəlmiş raket təhlükəsi qeydə alıb.
Oxu.Az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında dərc olunan açıqlamada bildirilib.
"BƏƏ-nin hava hücumundan müdafiə sistemləri ölkə ərazisinə yönəlmiş raket təhlükəsi qeydə alıb. Müdafiə Nazirliyi bildirir ki, eşidilən hər hansı səslər hava hücumundan müdafiə vasitələrinin raketləri ələ keçirməsi üzrə fəaliyyəti nəticəsində yaranıb", - deyə paylaşımda qeyd olunub.