Bioloq Dmitri Safonov ağız boşluğunun sağlamlığını qorumaq üçün diş fırçasının nə qədər müddətdən bir dəyişdirilməli olduğunu açıqlayıb.
Oxu.Az aif.ru-ya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, insan bu müddət ərzində sağlam olubsa, diş fırçasını üç aydan bir dəyişdirmək optimal hesab olunur.
Lakin insan kəskin respirator virus infeksiyası, koronavirus, herpes və ya faringit keçiribsə, xəstəlikdən sonra diş fırçasını dəyişdirmək tövsiyə olunur. Bu, təkrar yoluxma riskini azaltmağa kömək edə bilər.
Sağlam insan diş fırçasını üç aydan artıq müddətdə dəyişmədikdə isə müxtəlif problemlərin yaranma ehtimalı artır. Bioloqun sözlərinə görə, zaman keçdikcə fırçanın tüklərində ağız boşluğunda yaşayan müxtəlif streptokoklar və "Candida" göbələkləri toplanır. Bu isə hətta sağlam insanda belə iltihaba səbəb ola bilər.
Safonov diş fırçasının şaquli vəziyyətdə və quru stəkanda saxlanılmasını məsləhət görüb.
O, fırçanın qapalı qabda saxlanılmasının düzgün olmadığını bildirib. Belə şəraitdə nəmlik bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır.