Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sabah” - “Qarabağ” matçının son dəqiqəsində qonaqların penaltisinin verilməməsi gərginliyi pik həddə çatdırıb.
Axar.az xəbər verir ki, baş hakim Rəvan Həmzəzadənin qərarlarından, xüsusilə sonuncu dəqiqədə penaltinin verilməməsindən narazı qalan "Qarabağ" futbolçuları ona hücum ediblər. Marko Yankoviç, Musa Qurbanlı, digər oyunçular, klub rəsmiləri sərt şəkildə onlara etiraz ediblər. Bir neçə oyunçuya qırmızı vərəqə göstərilib. Gərginlik dəhlizdə də davam edib.
Futbolçuları mühafizə xidmətinin əməkdaşları və polislər sakitləşdirə bilməyiblər.
Qeyd edək ki, matç 2-1 hesabı ilə "Sabah"ın qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə əsasən, "Sabah" rəqibini 4-3 məğlub edərək kubokun finalına adını yazdırıb.