Ağdamda 25 yaşlı gənc traktor aqreqatının altında qalaraq həyatını itirib.

"Sizinxeber.az"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən traktora qoşulmuş torpaqüyüdən aqreqatın altında qalıb.

H. Mahmudlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.