Amerikalı sahibkar İlon Mask rəsmi olaraq mikroçip istehsalına yönəlmiş "Terafab" layihəsinin başlandığını elan edib.
"Sizinxeber.az"un məlumatına görə, onun çıxışı "Tesla" şirkətinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımlanıb.
"Biz hazırkı təchizatçılarımız – "Samsung", TSMC, "Micron" və bir neçə digər şirkətlə tərəfdaşlığımızı yüksək qiymətləndirir, istərdik ki, istehsal güclərini mümkün qədər tez genişləndirsinlər, onların istehsal etdiyi bütün çipləri əldə edək.
Lakin onların rahat şəkildə miqyaslarını artıra biləcəyi sürətin limiti var və onların həcmi ehtiyaclarımızdan xeyli aşağıdır. Buna görə də iki seçimimiz var: ya "Terafab" qururuq, ya da çipsiz qalacağıq. Bizə çiplər lazımdır, ona görə də "Terafab" quracağıq", - o bildirib.