Quba rayonunda qadın dəm qazından boğularaq ölüb.

Far.Az-ın Nocomment.az-a istinadən məlumatına görə, hadisə rayonunun Xucbala kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin məktəbində müəllim işləyən 44 yaşlı Aytən Baxışova hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Onun 4 uşaq anası olduğu bildirilir.

Faktla bağla araşdırma aparılır.