Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sizinxəbər.Az President.az-a istinadən xəbər verir ki, Sərəncama əsasən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslərin təltif edilməsi qərara alınıb:

"Azərbaycanın Milli Qəhrəmanı" adı ilə

Qurbanov Vaqif Bəxtiyar oğlu - baş leytenant (ölümündən sonra)

"Azərbaycan Bayrağı" ordeni ilə

Quliyev Akif Bayram oğlu - ehtiyatda olan baş gizir

"İgidliyə görə" medalı ilə

Binyətov Gülbudağ Əli oğlu - ehtiyatda olan polkovnik-leytenant

Əliyev Bəşir İman oğlu - ehtiyatda olan mayor

Cəlilov Elman Səyyad oğlu - ehtiyatda olan kapitan

Şalbuzov Tofik Şıxbala oğlu - ehtiyatda olan baş gizir.