İngiltərə Premyer Liqasının 8-ci turunda London derbisində "Fulhem" və "Arsenal" klubları qarşılaşıblaer.

Sizinxeber.Az-ın məlumatına görə, bu oyunda 1:0 hesabı ilə "Arsenal" qələbə qazanıb.

Görüşdə yeganə qolu 58-ci dəqiqədə Leandro Trossard vurub.

Bu oyundan sonra "Fulhem" səkkiz xalla turnir cədvəlində 14-cü yeri tutur, "Arsenal" isə 19 xalla birinci sıradadır.