Əməkdar artist Cabir İmanovla Şəhriyar adına Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib.

Sizinxeber.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, vida mərasimində Dövlət Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev də iştirak edib.

Xidmət rəisi sənətkarın yaxınlarına başsağlığı verib, mərhum sənətkara Allahdan rəhmət diləyib.

Qeyd edək ki, Cabir İmanov DTX Mədəniyyət Mərkəzinin rəhbəri olub.