Azərbaycan və Türkmənistan atları beynəlxalq festivallarda birgə iştirak edə bilər.

"Report" xəbər verir ki, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşündə müzakirə olunub.

Bildirilib ki, Türkmənistanın “Axalteke” və Azərbaycanın Qarabağ atlarının beynəlxalq festivallarda birgə iştirakı məsələlərinə toxunulub.