"Şkendiya" "Qarabağ"ı məğlub etməyə çalışacaq.

"Sizinxeber.az”un məlumatına görə, bunu "Şkendiya"nın (Şimali Makedoniya) futbolçusu Kamer Qaka deyib.

Yarımmüdafiəçi Bakıda "Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa ciddi hazırlaşdıqlarını söyləyib:

"Bizim üçün çətin oyun olacaq. Təəssüf ki, ilk matçda istədiyimiz nəticəni əldə edə bilmədik. Əvvəlki qarşılaşmada buraxdığımız səhvləri təkrarlamamağa çalıçacağıq. Bakıda "Qarabağ"a qalib gəlmək istəyirik".

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" qarşılaşması avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Səfərdə baş tutan ilk görüşdə "köhlən atlar" rəqibini bir cavabsız qolla üstələyib.