Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustinlə görüşündə İrəvanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) fəaliyyətini davam etdirməkdə maraqlı olduğunu təsdiqləyib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Ermənistan Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirmək niyyətindədir", - o qeyd edib.