Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Turan qəsəbəsində baş verib.

Belə ki, hadisə Abbas Qafarovun yaşadığı evin həyətində su mühərrikindən istifadə etməsi nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.