Mingəçevirdə avtobusun vurduğu 53 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, bir neçə gün əvvəl şəhər ərazisində avtobus 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı vurub.

O, ağır halda xəstəxanaya yerləşdirilib və reanimasiya şöbəsində müalicə olunub. Lakin göstərilən tibb yardımlara baxmayaraq bu gün dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.