Yekaterinburqda törədilmiş qətllərə görə təqsirləndirilən soydaşlarımız - Əziz Abbasov və Bəkir Səfərovun nümayəndələri müdafiə etdikləri şəxslərin həbs qətimkan tədbiri seçilməsi qərarından apellyasiya şikayəti veriblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS-a Sverdlovsk vilayəti məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, səkkiz təqsirləndirilən soydaşımızdan yeddisi həbsdən apellyasiya şikayəti verib.