Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində ilk dəfə "Son zəng" tədbiri keçirilib.

"Sizinxeber.az" xəbər verir ki, bu il orta məktəbdən məzun olanların sayı 5 nəfərdir.

Tədbirdə iştirak edən qonaqlar məzunları təbrik edib. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.