Ötən gün dələduzluqla bağlı axtarışda olan şəxslər tutulub.

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının iyunun 13-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.