"Apple" şirkəti smartfonların işinin ləngiməsinə görə məhkəməyə verildi
Niderlandda iki istehlakçı hüquqlarının müdafiəsi təşkilatı, smartfonların istehsalını qəsdən yavaşlatdığına görə ABŞ-nin "Apple" korporasiyasına qarşı məhkəmə iddiası qaldırıb.
Redaktor.az xəbər verir ki, bu barədə NOS yayım korporasiyası məlumat yayıb.
Bildirilib ki, "Consumer Claim" və "AEquitas Advocacy Foundation" təşkilatları Apple-dan müştərilərə “iPhone" 6, 7 və SE-nin qəsdən yavaşlaması nəticəsində dəyən ziyanı kompensasiya etməsini istəyir. Cihazlar 2016-2018-ci illər arasında buraxılıb. Onların bütün müştəriləri təşkilatların internet saytında yerləşdirilən formanı dolduraraq kompensasiya tələb edə bilərlər.
"Consumer Claim"ə görə, "Apple" telefonların performansını azaldan və batareya problemlərinə səbəb olan bir proqram yeniləməsi buraxıb. Nəticədə cihazlar daha yavaş işləməyə başlayıb və ya düzgün işləməyi dayandırıb. Və "Apple" bu barədə istifadəçilərinə məlumat verməyib. Buna görə bir çox alıcılar batareyaları və ya hətta smartfonları vaxtından əvvəl dəyişdirmək məcburiyyətində qalıblar.
İstehlakçı müdafiəçiləri hər cihaz üçün 100 avro təzminat tələb edirlər. Smartfonları əvəz edən istifadəçilər üçün məbləğ daha yüksək ola bilər.
Qeyd edək ki, "Apple" daha əvvəl "iPhone"u yavaşlatdığını etiraf etmişdi. Lakin şirkət bunun akkumulyatorların tez tükənməsinin qarşısını almaq üçün edildiyini iddia edir. ABŞ-də analoji işdə məhkəmə daha əvvəl "Apple"i 500 milyon dollar məbləğində təzminat ödəməyə məcbur etmişdi.
Oxşar xəbərlər
Ən yaxşı kameralı iPhone modelləri açıqlandı
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
Apple iPhone 12-nin yüksək radiasiya problemini həll edəcək
iPhone 15 smartfonları hansı gücdə sürətli şarj texnologiyasını dəstəkləyirlər?
iPhone 15 Pro kamerası ilə çəkilmiş ilk klip yayımlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib
-
Şəhid Abbasəli Nəzərəliyevin xanımı: "İndi biz onun arzuladığı azad Azərbaycanda yaşayırıq"
-
Şoltz Maskı Avropada sağçı partiyaları dəstəklədiyinə görə tənqid edib
-
Tramp ABŞ-da TikTok-a qadağanı təxirə salacaq
-
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür
-
20 Yanvar faciəsinin 35 illik naməlum qəhrəmanları - FOTO