Milli Depozit Mərkəzi Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub
sizinxeber.az xəbər saytı

Milli Depozit Mərkəzi Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub


Azərbaycanın Milli Depozit Mərkəzi (MDM) “Kağızsız hökumət”ə keçid çərçivəsində “ASAN İnnovasiyalar Mərkəzi”nin texniki dəstəyi ilə Mərkəzləşdirilmiş Elektron Sənəd Dövriyyəsi (MESD) sisteminə inteqrasiya olunub.

“Report” MDM-ə istinadən xəbər verir ki, MESD sisteminə qoşulma digər dövlət qurumları ilə səmərəli kommunikasiyanın qurulmasına və müasir texnoloji həllərin tətbiqinə yönəlib. Bu, həmçinin “MDM-in 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası”na uyğun olaraq kargüzarlıq sisteminin təkmilləşdirilməsini və yenilənməsini mümkün edəcək, sənəd dövriyyəsinin daha sürətli və səmərəli olmasına, məlumatların təhlükəsizliyini təmin etmək üçün qabaqcıl şifrələmə texnologiyalarından istifadə edilməsinə imkan yaradacaq.

Kağız əsaslı əməliyyatların azaldılması nəticəsində əməliyyat vaxtı və xərcləri əhəmiyyətli dərəcədə azalacaq.

Oxşar xəbərlər

Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət qaydalarında dəyişiklik edilib
MEK-də “Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu” mövzusunda təlim keçirilib
İlham Əliyev Fərman imzaladı
Dünya Bankı Azərbaycanda 9 texniki yardım layihəsinin icrasına başlayıb
2024-cü il dövlət büdcəsi ikinci oxunuşda TƏSDİQ EDİLDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər