Azercell “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”ə dəstək verir
Azercell-in dəstəyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə ölkənin nüfuzlu biznes müsabiqələrindən biri olan “Azərbaycan Biznes Keys Müsabiqəsi 2025”ə (“Azerbaijan Business Case Competition” ABCC) start verilib. Harvard Business Review-nun real biznes problemlərinə əsaslanan tapşırıqlarının həlli üzərində qurulan müsabiqə tələbələrdə biznes analitikası, strategiya qurulması və maliyyə təhlili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib.
Müsabiqəyə ümumilikdə 107 komanda müraciəti qeydə alınıb, onlardan 91 komanda müsahibə mərhələsində iştirak edib, 26 komanda isə növbəti mərhələyə vəsiqə qazanıb. Yarışda Azərbaycanın aparıcı universitetlərinin 2, 3 və 4-cü kurs bakalavr və magistr tələbələri iştirak edəcəklər.
Müsabiqənin “Sessiyalar” (ABCC Sessions) mərhələsi çərçivəsində iştirakçılar üçün biznes analitikası və təqdimat bacarıqlarının gücləndirilməsinə yönəlik təlimlər təşkil olunub.
15 mart tarixində ADA Universitetində layihənin sınaq təqdimatları (Mock Round), 5 Aprel tarixində isə yarımfinal və final mərhələləri keçiriləcək. Final turunda qalib adını qazanmış ilk 3 komanda müvafiq olaraq 8000, 4000 və 2000 AZN mükafata layiq görüləcək.
Oxşar xəbərlər
“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi üçün qeydiyyat davam edir - VİDEO
“Biznesin müflisləşməsi” İşçi qrupunun auditorlarla görüşü keçirilib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edib
Azercell və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti etapına start verir
Azercell Şəkinin qadın sahibkarlarını dəstəkləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Aİ WUF13-də hər kəs üçün mənzil dəstəyi üzrə ilk Avropa planını təqdim edib
-
Rusiya ordusu nüvə təlimləri keçirir
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
Braziliyalı alim: "Mənzil siyasəti təhlükəsiz yaşayış və həyat təminatı verməlidir"
-
UNDP rəsmisi: "Dayanıqlı mənzil layihələrinə daha çox investisiya yönəldilməlidir"
