Ərbəin ziyarətinin “Azerspace-1” peykindən canlı yayımına başlanılıb
sizinxeber.az xəbər saytı

Ərbəin ziyarətinin “Azerspace-1” peykindən canlı yayımına başlanılıb


Dünyada ən izdihamlı müsəlman dini toplantılarından olan Ərbəin ziyarətinin tədbirlərinin “Azerspace-1” peyki üzərindən canlı yayımına başlanılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, Ərbəin ziyarəti zamanı hazırlanan proqram və tədbirlərin fars, ərəb, ingilis, türk və urdu dilində olan canlı yayımı “Azerspace-1” peyki vasitəsilə 5-dən çox qlobal media qrupunun televiziya şəbəkəsinə ötürülür. Beləliklə, “Azerspace-1” peyki sayəsində bu ziyarətin maraqlı anları Yaxın Şərq ölkələrinin 500 milyon əhalisinin təxminən 50% izləyicisinə çatdırılır.

Qeyd edək ki, bu həftədən etibarən başlayan və avqustun sonuna kimi İraqın Kərbəla şəhərində keçirilən Ərbəin ziyarətində bu il təxminən 20 milyondan çox insanın iştirakı proqnozlaşdırılır.

Oxşar xəbərlər

"Azərkosmos" “Azerspace-2” peyki üçün sığortaçı seçir
Azərkosmos peyk xidmətlərini Botsvanada təqdim edəcək
Şuşada 2-ci Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI
Parlament seçkilərində "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı 3-ə çatıb
XI Qlobal Bakı Forumu başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər