16 
sen
2023
01:00

Redmi Note 13 Pro-nun hansı prosessora sahib olacağı rəsmi şəkildə məlum oldu

16 sen, 2023
01:00
0

Redmi Note 13 Pro-nun hansı prosessora sahib olacağı rəsmi şəkildə məlum oldu

Xiaomi şirkəti Redmi Note 13 smartfon seriyası barəsində məlumatlar verməyə davam edir. Bu dəfə şirkət Redmi Note 13 Pro barəsində vacib bir məlumatı paylaşıb. Şirkət tərəfindən təqdim edilmiş posterdə sözügedən smartfonun hansı prosessor vasitəsilə çalışacağı əks olunub. Beləliklə məlum olub ki, Redmi Note 13 Pro smartfonu yenicə təqdim edilmiş Snapdragon 7s Gen 2 prosessorunu əldə edəcək.

Beləliklə Redmi Note 13 Pro smartfonu Snapdragon 7s Gen 2 prosessorunu əldə edəcək ilk smartfon olacaq. Son məlumat sızıntılarına əsasən bu smartfon həmçinin 6.67 düym OLED ekran, 200 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 5020 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, Redmi Note 13 smartfon seriyasının təqdimatı 21 sentyabr tarixində baş tutacaq.

Bizimlə əlaqə saxlayın