Dağlıq ərazilərə qar yağıb, 5 dərəcə şaxta olub - FAKTİKİ HAVA
Aprelin 29-u saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilə xəbərə görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Arabir şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Dağlıq ərazilərdə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala (Əlibəy), Lerik, Altıağac, Xınalıq və Oğuzda (Başdaşağıl) qar yağıb.
Düşən yağıntının miqdarı Astarada 22, Qaxda 20, Qəbələ və Şəkidə 16, Zərdabda 9, Gəncədə 8, Balakəndə 7, Yardımlıda 6, Lənkəran, Göyçay, Sabirabad, Mingəçevir, eyni zamanda Bakıda və Abşeron yarımadasında 5, Cəfərxan, Gədəbəy, Daşkəsən, Şamaxı, Qobustan, İsmayıllı, Qusar, Xaltan, Tovuz, Kürdəmir, Göygöl, İmişli, Cəlilabad, Ağsu, Şəmkir, Beyləqan, Şuşa, Xocalı, Xankəndi, Füzuli və Ceyrançöldə 3 mm-dək təşkil edib.
Bəzi ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Goranboyda 27 m/s, Naftalanda 23 m/s, Culfada 22 m/s, Neftçalada 20 m/s, Şirvanda 19 m/s, Ağdam, Gəncə,Tərtər və Beyləqanda 18 m/s, Bərdə və Şahdağda 16 m/s, Balakəndə 15 m/s-dək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR-da 11, Aran rayonlarında 9, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb - FAKTİKİ HAVA
Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Bölgələrə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












