Bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib - FAKTİKİ HAVA


Aprelin 27-si saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı və küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Balakəndə 9, Qazax, Şəki və Qaxda 8, Şərur, Gəncə və Tovuzda 5, Şahdağ, Ağstafa, Ordubad, Şahbuz, Şəmkir, Gədəbəy, Lerik, Daşkəsən, Ceyrançöl, Sədərək, Culfa, Astara və Lənkəranda 4 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Cəbrayılda 20, Kəlbəcərdə 19, Naftalanda 18, Gədəbəy və Yardımlıda 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 26, Aran rayonlarında 30, dağlıq rayonlarda isə 20 dərəcəyədək isti qeydə alınıb.

Oxşar xəbərlər

Bəzi rayonlarda küləkli hava şəraiti davam edib, arabir şimşək çaxıb – FAKTİKİ HAVA
Əksər rayonlarda hava yağıntılı və küləklidir - Faktiki hava
Havanın maksimal temperaturu 35 dərəcə olub - FAKTİKİ HAVA
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır- FAKTİKİ HAVA
Dağlıq rayonlara qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər