Fevralda Bakıda temperatur 15 gün normadan aşağı olub
sizinxeber.az xəbər saytı

Fevralda Bakıda temperatur 15 gün normadan aşağı olub


2025-ci ilin fevral ayında Bakı və Abşeronda hava necə olub?

2025-ci ilin fevral ayında ölkə ərazisində soyuq hava kütlələrinin təsiri daha çox təkrarlanıb.

Buna uyğun olaraq havanın temperaturu Bakı və Abşeron yarımadasında iqlim norması ilə müqayisədə 15 gün normadan aşağı olub, orta aylıq temperatur isə 3.6 dərəcə isti qeydə alınıb. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Maksimal temperatur nə vaxt qeydə alınıb?

Onun sözlərinə görə, ötən ay maksimal temperatur fevralın 16-sı qeydə alınıb ki, həmin gün havanın maksimal temperaturu ölkə üzrə İmişli rayonunda 18, Bakıda və Abşeron yarımadasında isə 15 dərəcə isti olub. Ay ərzində ən soyuq dövr 24-25 fevral tarixlərində qeydə alınıb. Belə ki, ölkə üzrə Şahdağda 23, Bakıda və Abşeron yarımadasında isə 7 dərəcə şaxta müşahidə olunub.

Ötən ay bölgələrdə hava necə keçib?

“2025-ci ilin fevral ayında bölgələr üzrə 20 gün yağıntılı hava şəraiti müşahidə olunub.

Ən çox yağış düşən ərazilər

Ən çox yağış bölgələr üzrə aylıq normanın 244 faizi olmaqla Lənkəran-Astara zonasına, aylıq normanın 172 faizi olmaqla isə Bakı və Abşeron yarımadasına düşüb.”

N. Mahmudov qeyd edib ki, 2025-ci ilin fevral ayında Bakıda və Abşeron yarımadasında 10 gün qarlı hava şəraiti müşahidə olunub. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü 12 sm olub.

Ən çox qar hansı əraziyə düşüb?

Bölgələrdə isə ən çox qar Balakən-Şəki zonasında qeydə alınıb, Zaqatalanın dağlıq ərazilərində (Əlibəy) qar örtüyünün maksimal hündürlüyü 82 sm-ə çatıb.

Küləklə bağlı neçə dəfə xəbərdarlıq edilib?

“Qeyri-sabit hava şəraitinin fonunda ay ərzində arabir güclənən şimal-qərb küləkləri üstünlük təşkil edib və ümumilikdə küləkli hava şəraiti ilə bağlı ölkə üzrə rəng şkalasına uyğun olaraq 12 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 19 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, bölgələrdə isə 24 m/s-dək güclənib.

Oxşar xəbərlər

Ötən ay Bakıda havanın temperaturu 17 gün normadan yuxarı olub
Oktyabr ayında ən çox yağıntı Abşeron yarımadasına düşüb
Ötən ay ən çox yağıntı Lənkəran-Astara zonasına, Bakı və Abşeron yarımadasına düşüb
43.5 dərəcə isti, 22 dərəcə şaxta qeydə alınıb - Azərbaycanda il ərzində müşahidə olunan hava
Bu ay ən çox yağıntı Abşeron yarımadasına düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər