Qarlı hava davam edir, 20 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Qarlı hava davam edir, 20 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA


Fevralın 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Sizinxeber.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın 22-si saat 10:00-a olan məlumatına əsasən gözlənildiyi kimi, ölkə ərazisinin bəzi bölgələrində, eyni zamanda Bakıda və Abşeron yarımadasında yağan qarda fasilə yaranıb, digər rayonlarda isə Balakən, Sarıbaş, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Naxçıvan, Şahbuz, Culfa, Gədəbəy, Göyçay, Beyləqan, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Astarada davam edir.

Yağan qarın hündürlüyü Zaqatalanın dağlıq ərazilərində (Əlibəy) 80 sm, Qaxda (Sarıbaş) 55, Lerikdə 37 sm, Şəkidə 34, Oğuzda 22, Balakəndə 20, Qırızda 19, Kəlbəcər və Qəbələdə 18, Şamaxı, Daşkəsən, Şahbuzda 15, Şahdağda 16, Xaltan və Astarada 14, Naxçıvan, Laçın, Qubadlı, Altıağac, Göygöl, Gədəbəydə 12, İsmayıllıda 11 sm, Xınalıq, Kəlvəz, Şuşada 10, Qusar, Göyçayda 9, Yardımlıda 7, Xankəndi, Xocalı, Quba, Lənkəran və Zərdabda 6, Ağsu, Qobustan, Biləsuvarda 5, Tərtər, İmişlidə 4, Culfada 3, Füzulidə 2, Şərur, Kürdəmirdə 1, Bakıda və Abşeron yarımadasında isə 7 sm-dir.

Havanın minimmal temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 4, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb.

Yaranan fasilədən sonra 22-si axşamdan yenidən qarın yağması gözlənilir.

Oxşar xəbərlər

Ölkə ərazisində faktiki hava açıqlanıb - YENİLƏNİB
Dağlıq ərazilərə qar yağıb, Bakı və Abşeronda külək güclənib - FAKTİKİ HAVA
Şaxtalı və qarlı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Bakı və Abşerona sulu qar, dağlıq və dağətəyi rayonlara qar yağır - FAKTİKİ HAVA
Faktiki hava

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər